Ru
12:28 / 20 Fevral 2018

“Bir neçə nazirlik adını dəyişməli olacaq” - Deputat

2553
"Orfoqrafiya qaydaları layihəsində əksini tapan bəzi təkliflər qəbul olunsa dövlət büdcəsindən xeyli vəsait gedəcək".


BakuPost Report-a istinadən xəbər verir ki, bunu Dövlət Dil Komissiyasının üzvü, deputat, akademik Nizami Cəfərov deyib. 


O bildirib ki, iki "y" hərfi ilə yazılan sözlərin bir "y" ilə yazılması təklifi qəbul olunsa bir neçə nazirlik adını dəyişməli olacaq: "Məsələn, Ədliyyə, Maliyyə nazirlikləri. Bu iki nazirliyin adı dəyişsə nə qədər sənəd dəyişməli olacaq ki, bu da büdcədən xeyli vəsaitin getməsinə səbəb olacaq".


N.Cəfərov bildirib ki, Ana dilini tərifləmək yox, gözəl danışıb, gözəl yazmağı bacarmaq lazımdır: "Bu gün dilin əsas problemlərindən biri texniki məsələlərlə bağlıdır".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər