Bir gündə ölmək üçün hər yola əl atdı - Amma sağ qaldı

1135
Qax sakini gün ərzində iki dəfə intihara cəhd edib

BakuPost-un "Report”a istinadən məlumatına görə, rayonun 1960-cı il təvəllüdlü Zəyəm kənd sakini Nuriyev Ovod Abdurəhman oğlu günorta saatlarında kəskin zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Orada zərərçəkmişin intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub.

Xəstəxanadan bildirilib ki, o hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur, vəziyyəti orta-ağırdır.

O.Nuriyev oktyabrın 9-u da intihara cəhd edərək sol qolunun bilək nahiyəsini iti alətlə kəsib. Ona xəstəxananın Cərrahiyyə şöbəsində ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər