Ru
17:52 / 21 Yanvar 2017

Bir gündə 3 qəza - 3 ölü

886
Yanvarın 20-də Xəzər rayonunun Qala qəsəbəsində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


BakiPost.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, ötən gün saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.   


Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

 

Bundan başqa, yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. 

Qeyd edək ki, Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Nərimanov rayonunun Z.Bünyadov prospektində də piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.


Belə ki, ötən gün saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər