Bakıda iri ticarət obyektində yanğın - FOTO /YENİLƏNİB

Yanğın Bakının Binəqədi kəndində, bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib.
 
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, nəticədə binanın dam örtüyü yanıb.
 
Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb edilib. 
 
Dövlət Yanğından Mühafizə Xidməti рadisə yerində qərargah yaradılıb. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır. 
 
***
21:02
 
Binəqədidə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mağazanın dam örtüyündə yanğın başlayıb.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 20:32-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
 



BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər