Ru
18:00 / 16 Avqust 2017

Binəqədi-Novxanı avtomobil yolu çökdü - FOTO

985
Binəqədi-Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb.


"Azəravtoyol” ASC-dən BakuPost.az-a verilən məlumata görə, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Eyni zamanda yolun çökən hissəsinin dərinliyi 5-6 sm-dir.


Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb.


Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sırdan çıxıb.


Əraziyə "Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir.

 

 

 BakuPost

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər