Ru
11:58 / 30 Yanvar 2017

- Dəbdəbəli villadan çıxdı, maaşları kəsdi... Böhran Asim Mollazadəni də vurdu

8474

 Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Nəsimi rayonunda yerləşən ofisindən köçəcəyini təsdiqləyib. 


Deputat Modern.az-a bildirib ki, heç də ofisdən çıxmasının səbəbi maliyyə çatışmazlıqları deyil: "Nəsimi rayonunda ofis axtarışındayıq.

 

Yaxın müddət ərzində yeni ofisə köçəcəyik. Yeni binada məskunlaşacağıq. Burada əsas səbəb maliyyə çatışmazlıqları deyil. Burada əsas səbəb ofisin bizi qane etməməsidir”.


 

***



Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə maliyyə çətinlikəri ilə üzləşib.


BakiPost.az-a daxil olan məlumata görə, deputat partiya üçün kirayə götürdüyü, Nəsimi rayonu, Sabit Rəhman küçəsi 7 ünvanında yerləşən dəbdəbəli villadan çıxmaq məcburiyyətində qalıb.


A.Mollazadənin 10 ildən artıq bir müddətdə qərarlaşdığı ofis-villadan çıxmasına səbəb kimi ciddi maliyyə çatışmazlıqlarının olduğu bildirilir. Məlumata görə, o, partiyanın qərargahında çalışanların maaşlarını tamamilə kəsib, maliyyələşdirdiyi bəzi layihələrdən imtina edib. Hazırda ADİP-də anlaşılmaz bir vəziyyət hökm sürür. 

 

Əldə etdiyimiz məlumata görə, partiya sədri, deputat seçildiyi Nəsimi rayonu ərazisində daha uyğun qiymətə kiçik ofis axtarışındadır.


Məsələ ilə bağlı millət vəkilinin mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab vermədi.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər