Ru
22:37 / 23 May 2017

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” - Samir Şərifov

899
"Səhmləri dövlətə məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”.

 

BakiPost.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABB-nin xarici öhdəliklərinin reztrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.

 

Nazirin sözlərinə görəş bank ilk növbədə balans göstəricilərini "səhmana salmalıdır”. "Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq”, - deyə o bildirib.

 

Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi - 76,7%, Aqrarkredit - 14,6%) çatıb.  

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər