Ru
09:20 / 24 İyun 2017

Beyləqanda ağır qəza - Ölən var

751
Beyləqan rayonunda İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

 

BakuPost.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həmin qəza ilə bağlı məlumat daxil olub.


Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.


Əməliyyat saat 07:45-də başa çatıb.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər