Ru
11:29 / 24 May 2017

Bələdiyyədə FETÖ əməliyyatı: 79 nəfər saxlandı - Son dəqiqə

1758
FETÖ istintaqı üzrə Ankara Böyükşəhər Bələdiyyəsində əməliyyat keçirilib.

 

BakuPost.az-ın məlumatına görə, şəhər bələdiyyəsinin 19 bölgə üzrə idarəsindən 79 nəfər saxlanılıb. 

Onlardan bəzilərinin işindən kənarlaşdırıldığı da məlum olub. Həmin şəxslər FETÖ ilə əlaqəli olmaqda şübhəli bilinir. 


Türkiyədə ötən il iyulun 15-dən bu yana minlərlə fətullahçı həbs olunub. Artıq dövlət çevrilişinə cəhdin olduğu həmin tarixin ildönümü yaxınlaşır. 

Türkiyədə isə gülənçilərin "ov”lanması davam etməkdədir. Türkiyə hökuməti ABŞ-ın Pensilvaniya ştatında mənzillənmiş "Hizmət” hərəkatının lideri Fətullah Güləni terrorçu elan edib. 


Onun başçılıq etdiyi FETÖ hərbi çevrilişə cəhddə ittiham edilib. Rəsmi Ankara Vaşinqtonda F.Gülənin ekstradisiysını tələb etsə də, "Ağ Ev” nurçuların liderini geri vermir.


Emil 

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər