Ru
14:28 / 23 Yanvar 2017

BDU-nun dekan müavini tələbələri hədələyir - ŞOK səs yazısı

6783

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu
mesajların səs yazısı yayılıb.

BakiPost.az abzas.net-ə istinadən xəbər verir ki, o,
mesajlarında tələbələri universitet və dekanlıq haqqında tənqidi status
yazmamaqla bağlı xəbərdarlıq edib və bildirib ki, xəbərdarlığa baxmayan tələbələr
cəzalandırılacaq:

"Sizə tapşırıram, axırıncı dəfə sizə deyirəm, belə
tipli, Könül xanım haqqında, Cahangir müəllim haqqında, mənim haqqında, ümumiyyətlə
tutorlar, dekanlıq haqqında biriniz bir kəlmə artıq-əskik, lağa qoyulacaq şəkildə
sosial şəbəkədə bir cümlə yazın… Şəxsən mən nizam intizam qaydalarını pozduqlarına
görə, dekanlığın, mətbəxin məlumatını çölə çıxardıqlarına görə, onlara töhmət
verdirtdirəcəm. Bax deyirəm sizə, axırıncı dəfə deyirəm”.

Aytəkin Zeynalova səsli mesajında bildirib ki, tələbələrdən
birinə dişinin dibindən çıxanı deyib. O bildirib ki, Leyla adlı tələbənin
yazdığı statusa görə dünən onun təzyiqi qalxıb: "Utanmazlar, ayıb olsun sizə!”

"Qeyri-obyektivliklə o boyda universitetin mətbuat
xidmətinin rəhbərini məzəyə qoyublar, Cahangir müəllimi məzəyə qoyublar.
Utanmırlar Könül xanımı məzəyə qoyublar ki, guya qeyri-obyektiv yoxlayıblar.
İndi də bu Fuad özündən alim olub, deyir dekanlıq hara baxırdı. Yox dekanlıq
oturub səni güdəsiydi, sən imtahanda nə edirsən”.

Aytəkin Zeynalova tələbələrə xəbərdarlıq edib ki,
bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər
paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.


Bakı Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər