Ru
15:39 / 28 Mart 2017

- Sirləri üzə çıxardan kitab “Bayıldan bayıra”

2886
Tanınmış şair Faiq Balabəylinin "Bayıldan bayıra” adlı yeni nəsr kitabı çap olunub.


BakiPost.az xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı "Lənətlənmiş həyat” povesti, hekayələri və publisistik yazıları yer alıb. Yazıların əsas məğzini insan ömrü, taleyinə zindan həyatı düşən müəllifin şəxsən görüşüb söhbət etdiyi qəhrəmanların acı həyat hekayələri təşkil edir.


Kitabın redaktoru yazıçı Pərviz Cəbrayıl, korrektoru Aytəkin Səfərlidir.

 

"Qanun" nəşriyyatında işıq üzü görən kitabı şəhərin bütün kitab mağazalarından əldə etmək olar

 

Bakı Post

 

 - Sirləri üzə çıxardan kitab “Bayıldan bayıra”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər