Ru
14:58 / 17 Oktyabr 2018

Bayıldakı sürüşmə davam edəcək - Nazirlik

2158
Badamdar şosesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı dəqiq bilinmir.


BakuPost-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.


Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdirilir: "Dünən sürüşmənin sağ və sol hissəsində xırda çatlar əmələ gəlmişdi. Sol qanaddakı çat genişlənib və gərginlik artıb. Dünən yağış yağdı, torpaq kütləsi ağırlaşdı və üzərində uçqunlar baş verdi. Proses davam edir".


Ə.Qaralov bildirib ki, sürüşmə prosesinin nə zaman dayanacağı dəqiq bilinmir: "Kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi bu proses davam edəcək. Yaxın bir-iki aya proses başa çata bilər. Evlərdə yox, hasarların divarlarında çatlar var. Mayaklar qoyulub".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər