Ru
16:08 / 19 Fevral 2018

“Bayıl yamacındakı evlərdən yalnız birinin sənədi var” - Eldar Əzizov

3310
Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında baş verən sürüşmə nəticəsində zərərçəkmiş sakinlərlə görüşüb.


BakuPost-un APA TV-yə istinadən məlumatına görə, icra başçısı bildirib ki, sözügedən ərazidə yaşayan 67 ailəyə kirayə haqqı veriləcək. Məbləğ Nazirlər Kabinetinin normativlərinə uyğun müəyyən edilir: "Banklarda hesab açılır. Vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə kirayə haqqını alacaqlar. Sənədlərini təqdim edən 67 ailə artıq bu gün kompensasiyaları ala bilərlər. Proses davam edir”.


E. Əzizpvun sözlərinə görə, əşyaları dağıntılar altında qalan evlərin sahiblərinə isə kompensasiya veriləcək: "O evlər ki, tamamilə uçub, yaşamaq mümkün deyil, sökülməsi üçün birmənalı rəy verilib, o evlərin sahiblərinə kirayə haqqı yox, kompensasiya veriləcək. Hesab edirəm ki, normativlərə uyğun olaraq normal rəqəmlərdir. Bilirsiniz, başqa ölkələrdə bina dövlətin balansında olmayanda, qanunsuz tikiləndə sürüşmə nəticəsinə dağılıbsa, dövlət ona baxmır. Amma bizdə fərq qoyulmur. Təhlükəli zonada 98 ev var. O evlərin 90%-i 2000-ci illərə qədər tikilib. Və yalnız bir nəfərin sənədi var, özəlləşdirilib. Qalan hamısı qeyri-qanuni tikililərdir. Hər halda, məsələ nəzarətdədir”.


RİH başçısı köçürülmənin davam edib-etməyəcəyi barədə də açıqlama verib: "Hər şey mütəxəssislərin rəyindən asılıdır. Elə ərazilər var ki, ordan köçürülmə məqsədəuyğundur. Elə ərazilər də var ki, narahatlıq üçün əsas yoxdur. Bu, həm də prosesdən asılıdır”.


Eldar Əzizov vurğulayıb ki, zərərçəkmiş vətəndaşlara ödəniləcək kirayə haqqının məbləği normativlərə uyğundur: "Məndə olan məlumata görə, kirayə haqqının məbləği minimum 260 manat təşkil edir. Hesab edirəm ki, problem yoxdur. Təhlil edəndə gördük ki, orada yaşayanların əksəriyyəti kirayə qalır. Orda da kirayə 100 AZN-dir. Lakin normativlərə uyğun olaraq maksimum dərəcədə köməklik olunur”.


Sakinlərin hansı müddətdə kirayədə yaşayacaqları mütəxəssis rəyindən sonra bilinəcək. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər