Ru
16:31 / 26 May 2017

“Başa düşməlidir ki, İtaliyada yox...” Baş məşqçi Azərbaycanı aşağıladı:

780
Cənubi Afrika Respublikası millisinin 2019-cu il Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyun üçün Azərbacan millisinin heyəti açıqlanıb.


BakuPost.az-ın xəbərinə görə, "Qarabağ”ın hücumçusu Dino Ndlovu milliyə dəvət almayıb.


Yığmanın yeni baş məşqçisi Stuart Bakster yerli mətbuata açıqlamasında Dinoya dəvət göndərməməsinin səbəbəni izah edib və onu diqqətdə saxladığını deyib: 


"Futbolçuları izləmək mənim üçün çox vacibdir. Təsadüfi deyil ki, 32 ildir məşqçi işimi davam etdirirəm. Dino haqda fikirlərim müsbətdir. Bu cür oynamaqda davam etsə, onu yığmaya çağırmaq haqda ciddi düşünəcəm.


İndiki vəziyyətdə bu haqda nəsə demək tezdir. Mən onun oyununu izləyirəm. Düzdür, Dino Azərbaycanda işini layiqincə görür, qollar vurur. 


Amma başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır. Düzdür, Azərbaycan çempionatı o qədər də zəif deyil, ancaq intizamsızdır. Məncə, seçimimi vicdanla etmişəm”.


Qeyd edək ki, D.Ndlovu CAR millisində 4 oyun keçirib.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər