Ru
23:35 / 19 Avqust 2017

Barselonada müsəlmanlar etiraz aksiyası keçirdilər

798
Avqustun 17-də terror hücumları baş vermiş Barselonada müsəlmanlar terrorçuluğun əleyhinə etiraz aksiyası keçiriblər.

 

APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, aksiyada onlarla  etirazçı iştirak edib.   

 

Məlumata görə, etirazçılar terrorçuların hücumuna məruz qalmış Rambla küçəsi boyu yürüş ediblər. Onlar əllərində "Biz terrorçu deyil, müsəlmanıq” yazılmış plakatlar tutmuşdular.

 

Qeyd edək ki, İspaniyanın Barselona və Kambrils şəhərlərində avqustun 17-də törədilən terror hücumları nəticəsində 14 nəfər ölüb, 130-dan çox şəxs xəsarət alıb.  

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər