Ru
21:00 / 21 Avqust 2017

Barselona terrorunun əsas şübhəlisi tutuldu

747
İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən Yunus Əbu Yaqub saxlanılıb.

 

APA-nın xəbərinə görə, bu barədə İspaniyanın "La Vanguardia” qəzeti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, terror aktını törətməkdə əsas şübhəli sayılan Yunus Əbu Yaqub Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində tutulub.

 

Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktını törədən şəxs hadisə yerindən qaçmışdı.

 

 

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər