Bankomatdan pul çıxararkən diqqətli olun - Xəbərdarlıq/ VİDEO

Vətəndaş bankomatdan təqaüdünü çıxaranda məbləğ əksik gəlib.
 
BakuPost.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, banka müraciət etdikdə isə kartından onlayn ödəniş edildiyini öyrənib. Halbuki o belə bir ödəniş etmədiyini deyir.

Nüsrət Qasımov təqaüdünün 40 manat əksik olduğunu görüb. Bankın filialına yaxınlaşıb və çıxarış tələb edib. Kiçik araşdırmadan sonra məlum olub ki, şəxsin plastik kartından mobil nömrəyə pul yükləməsi edilib.

Nüsrət Qasımov onun pulu ilə hansı nömrənin balansının artırıldığını öyrənmək istədikdə rədd cavabı alıb.

Daha sonra isə Nüsrət Qasımov bankın mərkəzi ofisinə yazılı müraciət edib. Məsələ ilə bağlı bankdan isə bildirdilər ki, filliallar çıxarışı yalnız o formada təqdim edirlər. O ki qaldı vətəndaşın mərkəzi ofisə yazılı müraciətinə həmin müraciət cəmi bir gün əvvəl daxil olub və bununla bağlı müvafiq araşdırma aparılır. Araşdırma tamamlandıqdan sonra vətəndaşa dolğun məlumat veriləcək və problem həllini tapacaq.

Hüquqşünaslar da məsdələhət görür ki, belə olan halda ilk növbədfə banka rəsmi müraciət etmək lazımdır.

Mütəxəssislər bildirir ki, rəsmi müraciət qanedici olmadıqda şəxs, ona dəyən maddi və mənəvi ziyanın qarşılığını məhkəmə müstəvisində tələb edə bilər.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 BakuPost
 

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər