Ru
11:21 / 23 Fevral 2017

“Banklarda dollar ucuzlaşıb”

1390

"Dünəndən başlayaraq banklarda yenidən dollara tələbin
azalması müşahidə edilir”.

BakiPost.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov
deyib.


O
bildirib ki, bu, özünü valyuta məzənnəsində göstərməkdədir:
"2 gün öncə 1
dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni,
dolların satış kursu 1.80 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, rəsmi
məzənnə dəyişməsə belə, son 2 gündə banklarda dollar ucuzlaşıb. Banklar bunu
son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər. Valyuta
bazarındakı mövcud vəziyyəti nəzərə alsaq, bu gün banklar hərraca daha az
dollar sifarişi ilə getməlidirlər. Amma bu belə olacaqmı? Müdaxilə olmadığı
halda valyuta bazarının qaydaları bunu tələb edir”.


Vüqar
Bayramov qeyd edib ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də
xarici valyutaya tələbə təsir göstərməkdədir:
"Bu baxımdan, bugünkü hərracın nəticələri,
eyni zamanda valyuta bazarının sifarişlərə necə təsir edəcəyini də göstərəcək”.


İqtisadçı
vurğulayıb ki, bununla belə, öncədən proqnozlaşdırdıqları kimi dollara tələbin
mart ayında yenidən artacağı gözlənilir.

Sevinc
Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər