Ru
14:01 / 22 Yanvar 2018

Balansınızdan hər həftə 1 manat silinə bilər - “Azercell”in yeni oyunu

67554
Azercell abonentlərinin balansından hər həftə 1 manat silinir.


BakuPost xəbər verir ki, bu barədə baku.ws-ə şikayətlər daxil olub.


Abonentlərdən birinin məlumatına görə, Azercell-in heç bir internet paketindən istifadə etmədiyi halda hər həftə balansından 1 manat silinir və ona əvəzində 200 MB internet verilir.


Bildirilir ki, 200 MB internetdən 1 həftə ərzində istifadə olunmalıdır.


Abonent qeyd edir ki, o, yalnız wi-fi vasitəsilə internetə qoşulduğu halda Azercell-dən mesaj gəlib ki, 200 MB hədiyyə internet paketi aktivləşdirildi.


"Halbuki mən bunu istəmirdim. İcazəm olmadan paketi aktivləşdiriblər. Birinci həftə pulsuz internet paket təqdim olunur və həmin həftə bitdikdən sonra növbəti həftələrdə hər dəfə balansımdan bir manat çıxılır. 2525-ə STOP yazıb göndərsəm də paket ləğv olunmadı, mesajımın səhv olduğu barədə məlumat verildi”, - deyə abonent bildirib.


Məsələ ilə bağlı Azercelldən Şirkətdən bildirilib ki, bu Azercell müştəriləri üçün yeni kampaniyadır.


"Birinci həftə pulsuz internet paketi təqdim olunur. Paket aktivləşdirilərkən necə dayandırılması barədə də mesaj göndərilir. Paketi deaktiv etmək üçün "7-” yazaraq 2525-ə göndərmək lazımdır”, - deyə şirkətdən bildirilib.


Şikayətçi abonent isə Azercell-dən ona göndərilən mesajları təqdim edərək qeyd edib ki, paketin dayandırılması barədə Azercell-dən ona heç bir məlumat göndərilməyib.

 

Şərhlər
  • Said

    Gundelik 20 qepik bir 15 qepik bir cixir sebebini bilmirem.kontur qalmir telefonda

  • Raquf

    Ağdaş

  • Yediyar rahimov

    Romingdeyem.hec ne etmirem ve azerselden sms geldi ki balansinizdan 0.32 azn silindi.neycun melum deyil

  • Elgun

    Zeynalov

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər