Ru
13:59 / 24 Aprel 2017

Balakəndə 8 otaqlı ev yandı

939
Balakən rayonunda vətəndaşa məxsus 8 otaqlı evdə yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, rayonun Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyü və 2-ci mərtəbəsinin tavanı 140 m² sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər