Ru
11:41 / 29 Mart 2017

“BakuBus”un sürücüsü sərnişini belə xilas etdi - VİDEO

2102

"BakuBus”un sürücülərindən
biri növbəti dəfə vəziyyəti pisləşən sərnişinə kömək edib.

"BakuBus” MMC-dən BakiPost.az-a
verilən məlumata görə, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq
Prospekti - 28 may metrostansiyası istiqamətində 8 nömrəli marşrut xəttində hərəkət
edən avtobusda avtobusda baş verib: "Baş vermiş hadisə ilə bağlı təqdim olunan
videogörüntüdən də aydın olur ki, avtobus Neftçi İdman Sağlamlıq Mərkəzinə
yaxınlaşarkən sərnişinlərdən birinin qəflətən səhhəti pisləşib və müvazinətini
itirərək yerə yıxılır. Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq
halı pisləşmiş sərnişinə yardım edir. Sərnişinin huşunu itirdiyini görən sürücü
onu avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır və daha sonra
avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi
yardımı göstərir. Bundan sonra sürücü sərnişini əraziyə çağırılmış təcili tibbi
yardım əməkdaşlarına təhvil verir”.

Məlumatda o da
bildirilib ki, hər bir avtobus sürücüsü zərurət yarandıqda sərnişinə yardım etməyi
bacarmalıdır və bu hadisə zamanı da sürücü öz vəzifə borcunu layiqincə yerinə
yetirib və insani davranış sərgiləyib:
"”BakuBus” sürücülərinin hər biri bu
kimi hallarla bağlı təlimatlandırılıb və xususi kurslara cəlb edilib. Keçirilən
kurslarda onlara nəzəri biliklərlə yanaşı, ilkin tibbi yardım qaydaları ilə
bağlı praktiki məşğələlər də keçirilir. Bununla yanaşı, bütün avtobuslarımızda
sürücü kabinəsində "Sürücünün yaddaş kitabçası” var. Həmin kitabçada ilkin
tibbi yardımla bağlı ətraflı məlumatlar əks olunub. Eyni zamanda qəza, fövqəladə
hal və ya bədbəxt hadisələr zamanı ilk olaraq, hansı qaydalara əməl etmək və
baş verən hadisə zamanı zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları
izah olunub. "BakuBus” şirkəti olaraq, qarşımıza qoyduğumuz əsas hədəf hər
zaman keyfiyyətli xidmətimizlə seçilməkdir. Biz çalışırıq ki, sürücülərimizin
peşəkarlığını daim artıraq, onlara müsbət kefiyyətlər aşılayaq. Son zamanlarda
baş vermiş bu kimi hadisələr zamanı sürücülərimizin peşəkarlığı və öz işlərinə
məsuliyyətlə yanaşmaları görülən işlərin müsbət nəticəsi kimi qarşımıza
çıxır".


Qeyd edək ki, yanvar
ayının 26-da "BakuBus" MMC-yə məxsus 6 nömrəli marşrut xətti üzrə hərəkət
edən avtobusda sürücü Oqtay Novruzov dili qatlanan sərnişinin həyatını xilas
etmişdi.

Sevinc

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər