Ru
09:08 / 17 Oktyabr 2018

“BakuBus”ın 3 avtobusu toqquşdu - “Yarışa çıxıblar” / VİDEO

1977
Gecə Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

 

BakuPost xəbər verir ki, hadisə şahidlərinin Avtosfer-az-a verdiyi məlumata görə, Zığ qəsəbəsi ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus Baku Bus MMC-nin 3 avtobusu toqquşub. Bildirilir ki, qəzaya səbəb eyni marşrut üzrə hərəkət edən avtobusun sürücülərinin yarışa çıxıb dayanacağa tez çatmağa çalışması olub. Avtobuslar toqquşandan sonra onlardan biri hərəkətdə olan "Mercedes” markalı minik maşınına dəyib. Avtubuslarin arxa, ön və yan hissələri əzilib, hər üçünə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər