Ru
23:57 / 21 Yanvar 2018

“Baku Bus” sakinləri belə aldadır - VİDEO

6779

"Baku Bus" MMC"yə məxsus 175 saylı marşrut avtobusundan istifadə edən sərnişinlər həm yaxın, həm də uzaq məsafəyə getmək üçün 30 qəpik ödəmək məcburiyətində qalırlar.

"Xəzər TV” bildirir ki, bir neçə gün əvvəl Səməd Vurğun parkından Hövsan qəsəbəsinin mərkəzinə hərəkət edən bu marşrut avtobusunda qiymətlər 20 qəpikdən 30 qəpiyə artırılmışdı. Avtobusda kart sistemi olduğuna görə, sərnişinlər 30 qəpiyi birbaşa karta vurub, marşrut xəttindən istifadə edirlər.

Sərnişinlərin sözlərinə görə, belə olduqda 2 dayancaq məsafə getdikdə də 30 qəpik ödəməli olurlar. Onlar bildirir ki, 175 saylı marşrut xətti ''Baku Bus"a verilməmişdən öncə ödəniş haqqı məsafədən asılı olaraq ödənilirdi.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi mövqe bildirməyib. İstirahət günü olduğundn, məsələnin sabah araşdırılacağı deyilib.

Qeyd edək ki, Tarif Şurasının qərarına görə, şəhərətrafı və qəsəbələrarası gediş haqqı 1 km-dən 15 km-dək 20, 15 km-dən 25 km-dək 25, 25 km-dən 30 km-dək 30 qəpikdir.


“Baku Bus” sakinləri belə aldadır -  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər