Ru
16:31 / 23 May 2018

"BakuBus" avtobusu piyadanı vurdu - Vəziyyəti ağırdır/ YENİLƏNİB

2060

Mayın 22-də, saat 23.30 radələrində Bakının Nərimanov rayonunun Təbriz küçəsində piyada gözlənilmədən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusun qarşısına çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.


Məlumatda deyilir ki, hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb.


"Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisə zamanı qeydə alınmış görüntülər nəzərdən keçirilir. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

 

* * * * * *

 

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


BakuPost report-a istinadən xəbər verir ki, "Su Sonası" şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu "BakuBus" MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.


Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.


Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər