Ru
16:11 / 26 Sentyabr 2018

Bakıya uçan təyyarəni partlatmaqla hədələyən şəxs azərbaycanlı biznesmen imiş... - İlginc təfərrüat

1929
Rusiyanın Novosibirsk şəhərinin "Tolmaçevo” aeroportundan Bakıya uçan "Airbus” təyyarəsini "partlatmaqla” hədələyən və həbs olunan sərnişinin azərbaycanlı biznesmen olduğu açıqlanıb.


BakuPost xəbər verir ki, Rusiya mətbuatı həmin şəxsin Azərbaycana ailə mərasimində iştirak etmək üçün gəldiyini yazıb. KİV-də yayılan xəbər görə, hüquq-mühafizə orqanlarından həmin şəxsin Rusiya vətəndaşı olduğu, Krasnoyarskda yaşadığı bildirilib. Novosibirsk üzərindən Bakıya uçan biznesmen Azərbaycanda anadan olub.


Adı açıqlanmayan biznesmenin Krasnoyarskda biznesə malik olduğu da yayılan xəbərlər sırasındadır. 


Hadisənin baş vermə səbəbinə gəlincə, o, təyyarədə biznes yox, ekonom klassa bilet alıb. Amma təyyarəyə mindikdən sonra şərait xoşuna gəlməyib və biznes klassa keçirilməsini tələb edib. Təyyarənin qapısı bağlandıqdan sonra stüardessanı çağırıb və tələbini irəli sürüb. 


Stüardessa bunun mümkün olmayacağını dedikdə cavab olaraq təyyarəni havaya qalxdıqdan sonra partladacağını deyib. 


Stüardessa pilota bu barədə məlumat verib. Reys təxirə salınıb. Lakin təyyarədən heç bir təhlükəli əşya tapılmayıb.


Biznesmen əlləri qandallı şəkildə polisə aparılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər