Ru
21:50 / 25 İyul 2017

İmtahandan az bal topladı, evə qayıtmadı - VİDEO/YENİLƏNİB

1138

Ali məktəbə qəbul imtahanı verən Neftçala sakini hələdə evinə qayıtmayıb. Ehtimal edilir ki, o, imtahan zamanı gözləniləndən az suala cavab verib. Valideynləri artıq məsələ ilə bağlı polisə məlumat veriblər.


BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Neftçala rayon Sakini İbrahim Əliyev iyulun 22-də 1 ci ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanı verib. 


Abituriyentin yaxinlarinin sözlərinə görə İbrahim Qəbul zamanı gözləniləndən Az suala cavab verib və könüllü olaraq vaxtından əvvəl imtahan verdiyi otağı tərk edib. 


Bu barədə o valideyinlərinə bir söz deməsə də qohumlarına sualların çətin olduğu üçün imtahandan az bal topladığını bildirib.


Sonuncu dəfə atası Yaşar Əliyev ilə 23 iyulda telefonla danışan İbrahim səhəri gün rayona qayıdacağını bildirib. Deyilən vaxtda qaldığı bibisinin evindən rayona yola çıxan İbrahim bu günə kimi evlərinə gəlməyib. 


Valideyinləri onun rayonda olduğunu öyrənə bilsələr də yerini tapa bilmirlər.
 

***

20:11

 

Neftçala sakini itkin düşüb.

 

APA-nın məlumatına görə, Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gedib.

 

Yaxınlarının dediyinə görə, İbrahim Əliyev iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin hələlik məlum olmayan səbəblərdən evə gəlməyib.

 

İbrahim Əliyevi görənlərdən və ya onun barəsində hər hansı məlumatı olanlardan 050-727-96-16, 055-907-52-69 nömrələri ilə əlaqə saxlayıb xəbər vermələri xahiş olunur.

 

Faktla bağlı Neftçala rayon Polis İdarəsində araşdırmalar aparılır.

 

BakuPost




İmtahandan az bal topladı, evə qayıtmadı -  VİDEO/YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər