Ru
11:03 / 19 Oktyabr 2018

Bakıya gələn gəmidə zəhərlənənlərin ADLARI

1623
Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində zəhərlənən heyət üzvlərinin adları məlum olub.


BakuPost Trend-ə istinadən xəbər verir ki, onlar 11.08.1987 təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli, İbrahim Zabil İxtiyar (01.10.1985), Təvəkkülü Purya Qulamirza (08.01.1991), Əhməd Məsud Məhəmmədrza (08.11.1991), Məhəmmədzaman Salmanxaleqi (1982), Vahid Mirzayi (1985), Seyid Məhəmmədi Məhəmməd (1985) və Hameddin Qulipurdur (1989).


Ümumilikdə 12 heyət üzvü zəhərlənib. 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.


İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər