Ru
09:03 / 15 İyul 2018

Bakının mərkəzində yol çökdü - VİDEO

4481
Paytaxtın Nəsimi rayonunda yol təxminən 8 metr dərinliyində çöküb. 


BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə bu saatlarda, C.Məmmədquluzadə küçəsinin Bakı metropolitenin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.


Belə ki, yol çökməmişdən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi zərər dəyib. 


Hadisə şahidləri yolda hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışı qadağa goyan nişanları yola düzüb. Sürücülərin verdiyi məlumata görə bununla bağlı polisə məlumat verilib. Hal hazirda polis əraziyə baxış keçirir, əraziyə aidiyyatı gurumlar dəvət olunub.


Məlum olub ki, çökən yolun dərinliyi təxminən 8 metrdi. 


Hadisənin dəqiq səbəbi araşdırılır.


Qeyd edək ki, ötən gün günorta saatlarında sözü gedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.

 


Bakının mərkəzində yol çökdü -  VİDEO
Bakının mərkəzində yol çökdü -  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər