Bakının mərkəzində seksual azlıqların bayrağı dalğalanır - FOTO

1186
Bakının düz mərkəzində - Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yerləşdiyi Xaqani küçəsində seksual azlıqların bayrağı kimi qəbul edilən göy qurşağının rənglərindən ibarət bayraq dalğalanır.

BakuPist xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, bayrağı Böyük Britaniya səfirliyi bu gün qeyd edilən homofobiya, bifobiya və transfobiya ilə beynəlxalq mübarizə günü münasibətilə qaldırıb. Səfirliyin "Facebook”dakı səhifəsində qeyd olunur ki, Böyük Britaniya seksual azlıqların hüquqlarının qorunması üzrə ən güclü qanunvericilik bazasına malik ölkələrdəndir.

Bu yazıya əlavə olunan şərhlərdə isə istifadəçilər səfirliyin yerləşdiyi ölkənin adət-ənənələrinə hörmətlə yanaşmasının vacib olmasını vurğulayıblar.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər