Ru
15:36 / 17 Oktyabr 2018

Bakının 11 turistik məkanı

8929
Dəniz kənarında yerləşən bu müasir şəhər Azərbaycanın paytaxtıdır. Şəhərin memarlığında qədimiliklə müasirliyin sintezi insanı heyrətə gətirir. Bir yanda tarixi quruluş, digər hissədə müasir, Avropasayağı memarlıq üslubu. Bakıya yolunuz düşərsə, Avropanın bu tarixi şəhərini görmək üçün ən azı dörd gün ayırın. Əgər bünüt Azərbaycanı görmək niyyətindəsinizsə, daha uzunmüddətli səfər edin.


BakuPost worldmedia.az-a istinadən xəbər verir ki, "Odlar yurdu” adlandırılan Azərbaycanın adı da elə bundan götürülüb. Gözəl ölkə, zəngin mədəniyyət, qonaqpərvər xalq. 9 iqlim zonası olan ölkənin coğrafiyası olduqca müxtəlif və möhtəşəmdir. Turistlər arasında populyar olan Azərbaycanın görkəmli şəhərlərindən paytaxt Bakını, Azərbaycanın ikinci böyük və tarixi şəhəri olan Gəncəni və Gürcüstanla sərhədə yaxın yerləşən Şəki şəhərini qeyd etmək olar.


Bakının qədim İçərişəhəri

 

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу İçərişəhəri


Bakının tarixi İçərişəhər adlanan hissəsi paytaxtın ən qədim hissəsi sayılır. Onu şəhərin müasir hissəsindən uca divarlar ayırır. İçərişəhərin əsas xarakterik cəhətlərindən biri qədimiliklə müasirlik arasındakı fərqləri ortaya qoymasıdır. Bunu görmək üçün onun daş döşənmiş küçələrini gəzmək kifayətdir.


İçərişəhərin küçələrini dolaşarkən ikimərtəbəli, eyvanlı köhnə evlərin arxasında Bakının yeni üslublu binalarını, o cümlədən "Alov qüllələri”ni görmək olur. Bu da İçərişəhərin daş və kərpicdən tikilmiş evlərilə qəribə təzad yaradır.


Qız qalası

 ÐŸÐ¾Ñ ожее изображение


29 metr hündürlüyü olan silindr formalı bu qala da İçərişəhərdə yerləşir. Qız qalasının tarixi VII-XII əsrlərə gedib çıxır. Bu gün o, Bakının bu qədim məhəlləsinin rəmzinə çevrilib. Bir çox ekspertlər qalanın bir vaxtlar zərdüştlər tərəfindən məbəd kimi istifadə olunduğunu düşünür. Hazırda onun içərisində muzey var. Spiral formalı pilləkənlərsə sizi qalanın zirvəsinə aparır.


Şirvanşahlar sarayı

 

 


Şirvan hakimiyyəti Qafqazda Abbasilərin hökmranlığı zamanı formalaşıb və Səfəvilər dövründə – I Şah Tahmasibin dövründə ləğv edilib. O dövrə aid Şirvanşahlar sarayı isə bu gün Azərbaycanın dünya irsi abidələri sırasına daxildir. 2000-ci ildə o, UNESCO tərəfindən qeydiyyata alınıb. Tarixi XV əsrə gedib çıxan saray tarixsevərlər üçün maraqlı məkandır.


Heydər Əliyev Mərkəzi

 

 


Azərbaycanın mərhum prezdenti Heydər Əliyev ölkə əhalisi arasında bu gün də böyük hörmətə malikdir. Bu üzdən onun xatirəsini əbədiləşdirmək üçün maraqlı  dizaynda Heydər Əliyev Mərkıəzi inşa edilib. Binanın memarı İraq əsilli britaniyalı memar Zaha Hədiddir. Mərkəzdə amfiteatr, Heydər Əliyev Muzeyi, klassik avtomobillərdən ibarət kolleksiya, tarixi xəzinələr, sərgilər, ticarət pavilionları və uşaqlar üçün oyun məkanları var.


Fəvvarələr meydanı

 

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Fəvvarələr meydanı


Keçmişdə "Parapet” kimi tanınmış bu gözəl meydan Bakının əsas meydanlarındandır. Şəhərin bir çox alış-veriş mərkəzi, mehmanxanaları, kafe və restoranları məhz burada yerləşir. Turistlər arasında xüsusi populyar olan Fəvvarələr meydanını nəzərdən qaçırmayın. Meydandakı restoranlara da baş çəkin.


Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi

 ÐŸÐ¾Ñ ожее изображение


Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyini ziyarət etmək ədəbiyyat və incəsənət sevənlər üçün maraqlı ola bilər. Fəvvarələr meydanının yaxınlığında yerləşən muzey əslində, Azərbaycan mədəniyyətini tanımaq üçün ən yaxşı məkanlardandır. Burada ölkə mədəniyyətilə bağlı çox sayda kitab və maddi əşya var.


"Alov qüllələri”

 

 


Bakının ənənəvi tarixi hissəsni təcəssüm etdirən Qız qalasının arxasında görünən "Alov qüllələri” şəhərin müasirliyinin rəmzidir. Hər biri təxminən 180 metr hündürlüyündə olan alov formalı üç qüllə Bakının hər tərəfindən görünür.


Azərbaycanın paytaxtı qədimdə atəşpərəstlik diyarı olub və zərdüştlər bu şəhərə xüsusi əhəmiyyət veriblər. Qüllələrin dizaynı da alov formasındadır.


Dənizkənarı Milli Park

 

 


Bakı bulvarı şəhərin əsas prospektlərindən birində yerləşir. Xəzər dənizi sahili boyunca gözəl bir prospekt var. Uzunluğu 5,3 kilometrdən artıq olan bu park da həmin ərazidədir. O, Bayraq meydanından Azadlıq meydanına qədər uzanır.


Bulvardakı gözəl alış-veriş mərkəzləri, fərqli kafe-restoranlar turistləri oraya cəlb edir.


Kiçik Venesiya

 

 ÐŸÐ¾Ñ ожее изображение


Əslində kiçik şəhər sayılan Bakının bu hissəsi 1960-cı ildə İtaliyanın Venesiya şəhərindən ilham alınaraq salınıb. Onun sahəsi 2012-ci ildə 10 min kvadratmetrə çatdırılıb. Şəhərciyin su kanallarında Venesiya qayıqları üzür. Turistlər müəyyən məbləğ ödəməklə, qayıq gəzintisinə çıxa bilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər