Ru
15:04 / 15 Fevral 2018

Bakıdan Sumqayıta gizli çörək daşıyanlar kimlərdir? - FOTOLAR

3165
Azərbaycanda çörəklərin antisanitar vəziyyətdə daşındığını əks etdirən fotolar yayılıb.


BakuPost xəbər verir ki, foodinfo.az saytının yatdığı fotolarda çörək daşımaq üçün istifadə olunan qablara gigiyenik qaydalara uyğun olmayan münasibətin sərgiləndiyi görünür. 


Ekspertlər deyir ki, çörəyin daşındığı bu qablar gigiyena qaydalarına görə üstü açıq ərazidə saxlanılmamalı, hər gün kimyəvi məhlulun qarışdırıldığı su ilə (ən azından adi su ilə) yuyulmalıdır. Fotolarda isə görünən odur ki, bu qablar nəinki adi su ilə yuyulmur, hətta yerə də qoyulur. 


Yeri gəlmişkən, sayt yazır ki, fotolar Abşeron rayonunun Masazır qəsəbəsinin çıxışında çəkilib. Bu qablarla daşınan çörəklər Bakı şəhərindəki iri çörək zavodlarından birində istehsal olunub. Maşın Sumqayıt şəhərinə daxil olmamış dayanır, çörəklər digər maşına yüklənir və Sumqayıta aparılır. Çörəklərin maşından-maşına yüklənərək daşınmasının səbəbi böyük ehtimalla bir müddət əvvəl gündəmə gəlmiş "Sumqayıta Bakı çörəyi buraxılmır” xəbəri ilə əlaqəlidir. Burdan həm də görünən odur ki, Bakıda istehsal edilən çörəklər Sumqayıtda satışda olur, sadəcə, başqa brendlə satılır.


Əldə olunan məlumata görə, Sumqayıt şəhərinə gizlicə daşınan bu çörəklər "Binə" çörək zavodunda istehsal olunur.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər