Bakıdakı müdhiş səhərdən - FOTOLAR

Bu gün Bakının Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsindən 2 il ötür.

BakiPost.az xəbər verir ki, səhər saatlarında qeydə alınan hadisə nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 15 nəfərin ölümünə səbəb olmuş yanğına görə təqsirləndirilənlər barəsində hökm çıxarıb.

İttiham edilənlərdən, "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov 5 il, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov və 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun hər biri 4 il və 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İki nəfər - "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyova isə şərti cəza verilib.

Fotoqraf Elşən Babanın o müdhiş gündən çəkdiyi fotoları tədim edirik:
 
















Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər