Bakıda və Biləsuvarda yanğın olub

582
Bakı şəhəri və Biləsuvar rayonunda yanğın hadisələri baş verib.

BakuPost-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin (tikilməkdə olan) dam örtüyünün taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda isə 1 ha biçilmiş və 0,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər