Ru
15:22 / 18 İyul 2018

Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu - VİDEO

2822
Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin hərəkəti saxlayaraq yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı.

 

BakuPost Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılıb və barələrində inzibati-həbs qərarı çıxarılıb.


Araşdırmalar zamanı məlum olub ki, xuliqanlıq etmiş gənclər avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olan dostlardır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər