Ru
23:33 / 19 İyul 2017

Bakıda tuneldə qəza - Yol bağlandı/FOTO

2016
Bakıda iki yük maşını qəzaya uğrayıb.

 

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov küçəsindəki tuneldə baş verib.

 

Baku Steel Company MMC-yə məxsus olan və dəmirlə yüklü "KamAZ” markalı yük maşını tunellə hərəkətdə olarkən qarşıda hərəkət edən benzin daşıyan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "KamAZ” deformasiyaya uğrayıb, yedəyindəki qoşqu qopub.

 

Hadisə zamanı xəsarət alan olmasa da, deformasiyaya uğrayan "KamAz” yolun hərəkət hissəsini bağlayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Onlar yolun "Qələbə” və "20 Yanvar” dairələrindən hava limanı istiqamətindəki hissəsində nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Alı Mustafayev və Rövşən Cəfərov küçələrində uzun tıxac yaranıb.

 

Qəzaya uğrayan yük maşını qaldırıcı kran vasitəsilə yolun hərəkət hissəsindən götürülüb. Bundan sonra tuneldə avtomobillərin hərəkəti bərpa edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

BakuPost

Bakıda tuneldə qəza -  Yol bağlandı/FOTO
Bakıda tuneldə qəza -  Yol bağlandı/FOTO
Bakıda tuneldə qəza -  Yol bağlandı/FOTO
Bakıda tuneldə qəza -  Yol bağlandı/FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər