Ru
21:59 / 23 May 2017

Bakıda top mərmisi tapıldı

1397
Bakıda top mərmisi tapılıb.

 

BakiPost.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nərimanov rayonunda partlayış təhlükəli döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib və sursatın döyüş tətbiqinə yararsız 1 ədəd 100 millimetr çaplı top mərmisi olduğu müəyyən edilib. Mərmi aidiyyəti üzrə təhvil verib.

 

Əməliyyat saat 19:20-də başa çatıb. 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər