Ru
17:23 / 18 Yanvar 2018

Bakıda sürücü avtobusu “protiv” sürdü - İşdən çıxarıldı/ VİDEO

1516
Bakıda daha bir avtobus sürücüsü işdən çıxarılıb.


Bakı Nəqliyyat Agentliyindən "BakuPost”a verilən məlumata görə, 18.01.2018 tarixində quruma 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib. Müəyyən edilib ki, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib. 


Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. 


Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər