Ru
13:45 / 23 İyun 2017

Moskva və Antalyaya uçuş - Cəmi 29 avro Bakıda sürpriz aviaşirkət:

4736
Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti "Buta Airways”in bütün istiqamətləri üzrə yekun minimal qiymət bir tərəfə cəmi 29 avro təşkil edəcək.


BakuPost.az xəbər verir ki, ilk mərhələdə aviaşirkət Bakıdan Moskva ("Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. 


"Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq. Bakıdan Tbilisiyə isə ilk aviareysi sentyabrın 1-də yerinə yetiriləcək.


Minimal "BÜDCƏ” tarifi ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. "STANDART” tarifi ilə alınan aviabiletləri dəyərinin 50 faizi tutulmaqla dəyişmək və ya qaytarmaq mümkün olacaq.


"Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.


Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə  qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək.


Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək. "Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir.

 

BakuPost
 Moskva və Antalyaya uçuş - Cəmi 29 avro Bakıda sürpriz aviaşirkət:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər