Ru
21:53 / 23 İyun 2017

Bakıda sürət qatarı qızı vurdu - VİDEO

1491
Bakı-Sumqayıt elektrik qatarı dəmiryolundan keçən piyadanı vurub. Həmin qəza anı qatarın təhlükəsizlik kamerasına düşüb.


BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.


Bakı-Sumqayıt sürət qatarının yoluna çıxan bir qrup gənc yolu keçməkdə məsuliyyətsizlik ediblər. Ani məsuliyyətsizlik az qala faciə ilə qurtaracaqdı. 


Görüntülərdə bir neçə oğlan yolu keçir. Onların yanında olan xanım isə bir az ləngiyir. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşüb.


Gənclər hadisədən sonra ərazidən qaçıblar. Maşinist hadisədən sonra qatarı saxladığı üçün təxminən 8 dəqiqə gecikmə ilə Bakı Sərnişin vağzalına çatıb.


Bununla bağlı da yol boyu bütün stansiyalardakı dispetçerlərə məlumat verib. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır.

 

BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər