Ru
15:01 / 19 Fevral 2018

Bakıda saxlanılan seks-manyak təcridxanada öldü

4387
Bakıda istintaq təcridxanasında saxlanılan xarici vətəndaş ölüb.


BakuPost-un "Report”a istinadən məlumatına görə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Ertekin İsmayıl Sönmez ürək tutmasından dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, İ.Sönmez Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışa verilib. O, 10 gün əvvəl Heydər Əliyev adına Hava Limanında Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulmuşdu.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər