Ru
09:21 / 27 Aprel 2017

Bakıda şadlıq evində kütləvi dava - Ağır yaralı var / FOTO

2017
 Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb.


"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda fəaliyyət göstərən "Şəlalə" şadlıq sarayında qeydə alınıb.


Belə ki,  şadlıq sarayında keçirilən toy mərasimi zamanı 24 yaşlı Mustafayev Şərif Rəfael oğlu qohumları ilə mübahisə edib.

 

Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Ş.Mustafayev dava zamanı şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Nəticədə onun qolunu şüşə kəsib. Çoxlu qan itirmiş Ş.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.


Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır.

 

Bakı Post
Bakıda şadlıq evində kütləvi dava -   Ağır yaralı var / FOTO
Bakıda şadlıq evində kütləvi dava -   Ağır yaralı var / FOTO
Bakıda şadlıq evində kütləvi dava -   Ağır yaralı var / FOTO
Bakıda şadlıq evində kütləvi dava -   Ağır yaralı var / FOTO
Bakıda şadlıq evində kütləvi dava -   Ağır yaralı var / FOTO
Bakıda şadlıq evində kütləvi dava -   Ağır yaralı var / FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər