Ru
21:07 / 17 Yanvar 2017

Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu - FOTO

1203
Bu gün səhər saat 11:33 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Rusiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.


BakiPost.az xəbər verir ki, avtomobilin görüntüləri Avtosfer.az-a daxil olub.


Məlumata görə, "004 T 015” dövlət nömrə nişanlı avtomobil Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məxsusdur.


Avtomobil Neftçi Qurban küçəsində dayanma-durmanın qadağan olunduğu ərazidə park edilib. Düzdür, burada başqa avtomobillər də qayda pozaraq park edilib. Lakin onlar, heç olmasa, nəqliyyat vasitələrini səkiyə paralel saxlayaraq yolu kəsməyiblər. Səfirliyə məxsus olan bu iri avtomobil isə səkiyə perpendikulyar şəkildə saxlanılıb.


Fotolardan da göründüyü kimi, yolun əks tərəfində avtobus dayanacağı var. Səfirlik avtomobilinin bu şəkildə dayanması və dayanacaqda avtobusun olması nəticəsində yolda hərəkət məhdudlaşıb.


Görünür, səfirlik əməkdaşı olan sürücü avtomobilin üzərindəki qırmızı nömrənin toxunulmazlığından sui-istifadə edir. Bu, hələ səfirliyin texniki işçilərinin avtomobilidir.


Avtosfer.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, fotoda gördüyünüz bu avtomobilin 21 MMX protokolu var.

 

Bakı Post

 





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər