Ru
15:59 / 23 İyun 2017

Bakıda Ramazan bayramı ilə bağlı konsert olacaq

1305
Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan radiosunun təşkilatçılığı ilə Ramazan bayramına həsr olunmuş konsert proqramı keçiriləcək.


Trend-in məlumatına görə, konsert iyunun 25-də Mərdəkan Mədəniyyət Sarayında saat 18:00-də olacaq.


Konsertdə xalq artisti Aftandil İsrafilov, əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Təyyar Bayramov, İlkin Əhmədov, ifaçılar Aytən Məhərrəmova, Vəfa Vəzirova, Hüseyn Məlikov, Aşıq Samirə, Azərbaycan Televiziyasının solistləri Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, Pərviz Qasımov, "Şirvan” folklor ansamblı və başqaları çıxış edəcəklər.


İfaçıları əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi "Muğam” instrumental ansamblı müşayiət edəcək.


Konsertə giriş sərbəst olacaq.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər