Ru
15:33 / 14 Avqust 2017

Bakıda “Qarabağ” izdihamı - FOTO

971
"Qarabağ”ın Çempionlar Liqasının "play-off" mərhələsində qarşılaşacağı "Kopenhagen”lə oyunun biletləri avqustun 12-dən satışa çıxarılıb. Artıq 2 gündür ki, Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında izdiham yaşanır.


BakuPost.az AzVision.az-a istinadən xəbər verir ki, azarkeşlər bilet almaq üçün səhər saatlarından növbə gözləyirlər. Bölgələrdən gələn "Qarabağ” fanatları çətinliklə üzləşdiklərin deyirlər.


"Kassalarda ancaq 1 və 50 manatlıq biletlər var. Digər biletlər "qara bazar”da satılır. Orada isə qiymətlər bahadır. İki gündür növbə gözləyirik, amma bilet ala bilmirik”, - deyə azarkeşlər şikayətləniblər.


Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ” – "Kopenhagen” matçı saat 20:00-da başlayacaq.

 





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər