Ru
22:18 / 19 Avqust 2017

Bakıda qadının aldığı ev başqasına satıldı - VİDEO

895

2014-cü ildə Bakıdakı tikinti şirkətlərinin birindən ev alan Yaqut Yusifova 3 ildir nə aldığı evə köçə, nə də ödədiyi pulu geri ala bilir.

 

BakuPost.az "ARB TV”yə istinadən xəbər verir ki, mənzili aldıqdan 1 il sonra məlum olub ki, həmin ev 2007-ci ildə başqa bir şəxsə satılıb.

Zərərçəkən mövcud problemlə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin verdiyi qərardan 5 ay keçsə də, şirkət zərərçəkəndən aldığı 51500 manat məbləğində pulu geri qaytarmır.


Zərərçəkən Yaqut Yusifova deyir ki, evin 2 aya kimi təhvil verilməsini istəyib: "Mən evə yığılmağımı istəyirdim. Dedilər ki, qışda təmir getməyəcək, yaz qabağı gələrsiz. Məni 1 il belə safdırdılar. Yaz qabağı gəldi, indi olmadı, biraz getdi, gördük ki, evin problemləri var hələ gecdir”.


Yaqut Yusifova dəfələrlə özünü şirkət direktoru kimi təqdim edən Aqil Məmmədova müraciət etsə də nəticəsiz qalıb. Səbəb kimi şirkətin hesabında pul olmadığı göstərilir. Mütəxəssislər şirkət rəhbərinin məhkəmənin qərarını icra etmək məcburiyyətində olduğunu deyir.

Ekspertlər bu kimi halların artmasına səbəb kimi işini bacara bilməyənlərin tikinti sektoruna daxil olmalarını göstərirlər.


Bu cür hallardan sığortalanmaq üçün şirkət və vətəndaş arasında müqavilənin notarial qaydada bağlanması mütləqdir.

 

 


BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər