Bakıda qadın əri tərəfindən şantaj edilir - VİDEO

1318
Bakıda qadın əri tərəfindən şantaj edilir. Qadın iddia edir ki, keçmiş həyat yoldaşı onun şəkillərini sosial şəbəkələrdə əxlaqsız insan kimi təqdim edərək paylaşır. Məqsədi isə alimentdən yayınmaqdır.

BakuPost xəbər verir ki, bu barədə "Xəzər Xəbər” sujet yayıb. Bildirilir ki, belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edib. Onun sözlərinə görə, həm də əmisi oğlu olan keçmiş həyat yoldaşı YalçınPaşayev şəkillərini ''odnoklasniki'' sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir.

Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri cəmi 8 ay çəkib. O, həyat yoldaşından əkiz oğlan uşağı dünyaya gətirib. Həmin vaxtdan Sona Paşayeva qeydiyyatda olduğu Cəlilabad rayonunun məhkəməsinə müraciət edərək, əmisi oğlu Yalçın Paşayevdən boşanıb. Amma o vaxtdan bu günə qədər qadın bir dəfə də olsun uşaqlarına aliment ala bilməyib.

Məsələ ilə bağlı Yalçın Paşayevlə əlaqə saxlanılıb. O, qadının şəkillərini paylaşmadığını, ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu deyib.

Sosial şəbəkə vasitəsilə rüsvay edilən qadın məsələ ilə bağlı paytaxtın Nizami rayon hüquq-mühafizə orqanlarına məlumat verib.
 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər