Ru
14:27 / 28 Aprel 2017

Bakıda polislərin ağlasığmaz əməlləri ifşa oldu - NAZİR 7 NƏFƏRİ İŞDƏN QOVDU

14646

Bakı şəhəri, Nizami rayon Dövlət Yol Polisi (DYP)
şöbəsində ciddi qanun pozuntuları aşkarlanıb.

BakiPost.az xəbər verir ki, qurumda xidmət aparan
polis əməkdaşları Daxili İşlər Nazirliyində qeydiyyatda olmayan rabitə vasitələri
("ratsiya”) ilə təchiz edilib.

Yol polisi əməkdaşları xidmət aparan zaman qanunu
pozan sürücülər və qayda pozuntuları ilə bağlı məruzələri yalnız bu rabitə
vasitəsi ilə həyata keçirirmişlər.

"Əməliyyat”lar zamanı çoxlu sayda nəqliyyat vasitəsi
cərimə meydançasına aparılıb, burada isə müəyyən vəsait ödənildikdən sonra
avtomobillər sərbəst buraxılıb.

İnandırıcı olmaq üçün sürücülərə qeydiyyatda olmayan
buraxılış vərəqələri verilib. Əslində isə cərimə meydançasına aparılan
avtomobillərin buraxılması üçün alınan pullar haqda şöbənin rəisi və onun yaxın
ətrafından başqa heç kim xəbərdar olmayıb. Yəni alınan pullar rəsmiləşdirilməyib,
şəxsi ciblərə gedib.

Araşdırma zamanı məlum olub ki, bütün bunlarla
yanaşı Nizami rayonu ərazisində rəhbərliyə məruzə olunmadan reydlərin
aparılması da qanunsuz olaraq həyata keçirilib. Bu reydlər zamanı da həmin
rabitə vasitələrindən istifadə olunub.

Məlumata görə, şöbədə çalışan, yol-patrul xidməti
aparmaq səlahiyyəti olmayan polis zabitləri – "kabinet işçiləri”, həmçinin, təqaüddə
olan sabiq DYP əməkdaşı da həmin reydlərə cəlb olunurmuş.

Bu proses 2017-ci ilin mart ayına qədər davam edib.
2017-ci ilin mart ayının əvvəllərində isə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat
İdarəsinin əməkdaşları qeyd olunan pozuntuları aşkar edərək, təhqiqata
başlayıblar.

Aparılan təhqiqatların nəticəsi olaraq, əmrlərin
icraçısı olan 7 əməkdaş daxili işlər orqanlarından xaric edilib. Onlar arasında
iki zabit və bir nəfər polkovnik-leytenant rütbəli (Bəhram Mədətov) şəxs də
var.

Bu qanun pazuntularında bir başa məsuliyyət daşıyan
şöbənin rəisi, polkovnik-leytenant Firdovsi Yusifov isə hələ öz vəzifəsində
qalır. Bu məqam isə işdən çıxarılan polis əməkdaşlarının narazılığına səbəb
olub. Onlar qanun pozuntularını məhz rəisin göstərişi və tələbi ilə həyata
keçirdiklərini bildiriblər.

Son məlumatlara görə, artıq rəis polkovnik-leytenant Firdovsi
Yusifovun barəsində yoxlamalar aparılır, onun yaxın günlərdə postuyla
vidalaşacağı gözlənilir.

Məsələ ilə bağlı əlavə materialımız olacaq.

 

Bakı Post
Bakıda polislərin ağlasığmaz əməlləri ifşa oldu -  NAZİR 7 NƏFƏRİ İŞDƏN QOVDU
Bakıda polislərin ağlasığmaz əməlləri ifşa oldu -  NAZİR 7 NƏFƏRİ İŞDƏN QOVDU
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər