Ru
19:51 / 29 Mart 2017

Bakıda polisin saxlamaq istədiyi gənc qolunu kəsdi - FOTO

2831
Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə lezva ilə xəsarət yetirib.


Musavat.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında "Koroğlu" metrostansiyasının keçidində baş verib.


Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digər şəxs müqavimət göstərib.


Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından lezva çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunu sərbəst buraxılmasını istəyib.


Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.

 

Bakı Post







 

 


 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər