Bakıda polis postunda ağır qəza - Ölən var

5705
Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BakuPost Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ postunda baş verib.

Belə ki, "KamAZ” markalı yük avtomobili ilə "Vaz 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Vaz 2107” markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib. 

Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər