Ru
19:08 / 22 May 2017

Bakıda piyada sürücünü bu cür cəzalandırdı

744
Bakıda maraqlı hadisə baş verib.


BakiPost.az baku.ws-ə istinadən xəbər verir ki, şəhərdə bir sürücü avtomobilini piyada keçidinin üstündə saxlayıb.


Bundan bərk qəzəblənən paytaxt sakinlərindən biri sürücünü özünəməxsus şəkildə cəzalandırıb. Vətəndaş piyada keçidinin üzərində dayanan avtomobilin təkərini boşaldıb.


Sürücü avtomobilini bu vəziyyətdə gördükdə heyrətlənib. Vətəndaşın sürücüyə keçdiyi dərs yəqin ki, uzun müddət yadından çıxmayacaq.


Qeyd edək ki, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nəqliyyat vasitəsi piyada keçidlərinə ən azı 5 metr məsafədə dayana bilər.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər